
"Arsenal" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - RƏSMİ
0
İngiltərənin "Arsenal" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, London təmsilçisi Maylz Lyuis-Skellinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı sol cinah müdafiəçisi 2030-cu ilin yayına kimi Premyer Liqa klubuna məxsus olacaq.
Qeyd edək ki, Maylz Lyuis-Skelli "Arsenal"ın yetirməsidir. İngiltərə millisinin üzvü olan gənc futbolçu ötən mövsüm "topçular"ın heyətində meydana çıxdığı 42 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.