Azərbaycan klubunda rəhbər posta əcnəbi gətirildi -    SON DƏQİQƏ

Azərbaycan klubunda rəhbər posta əcnəbi gətirildi - SON DƏQİQƏ

 
0

Bu gün "Sabah"da rəhbər vəzifəyə yeni təyinat gerçəkləşib.

Sportal az Sportinfo.az-a istinadən xəbər verir ki, klubun futbol akademiyasının baş koordinatoru postuna Georgi Minaşvili gətirilib.

Gürcüstanlı mütəxəsislə artıq rəsmi müqavilə imzalanıb. O, son olaraq Tbilisi «Dinamo»sunun futbol məktəbinə başçılıq edib.

Minaşvili burada Adino Mustedanaqiçi əvəzləyib. Bir neçə ildir Masazır təmsilçisində fəaliyyət göstərən xorvatiyalı artıq sırf məşqçi kimi işləyəcək.

Balkanlı U-19 və əvəzedici komandaların sükanı arxasında dayanacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.