
"Neftçi" məşqlərini davam etdirir - FOTOLAR
0
“Neftçi” çempionat matçlarına hazırlığı davam etdirir.
Sportal.az xəbər verir ki, Misli Premyer Liqasının 4-cü turunda “Sabah” klubu ilə qarşılaşacaq “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində növbəti məşqə çıxıb.
Lakin müxtəlif milli komandaların düşərgəsində olan futbolçular – Emin Mahmudov, Rza Cəfərov, Elvin Bədəlov, Murad Məmmədov, Ağadadaş Salyanski, Edvin Kuç, Alessio Kurçi və Sessi D’Almeyda hazırlıq prosesində iştirak etməyiblər.
Qeyd edək ki, sentyabrın 14-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sabah” oyunu saat 19:00-da başlanacaq.