"Barselona" 16 yaşlı futbolçu transfer edir

"Barselona" 16 yaşlı futbolçu transfer edir

 
0

Zaqreb "Dinamo"sunun futbolçusu Kardoso Varela İspaniyaya yollanmağa hazırlaşır.

Sportal.az xəbər verir ki, "Barselona" portuqaliyalı vingerin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə "Marca" nəşri məlumat yayıb.

La Liqa nəhəngi Varela üçün 5 milyon avro təzminat ödəyəcək. Lakin bu məbləğ bonuslarla birlikdə 20 milyon avroya qədər arta bilər.

"Barselona" Cardoso Varela ilə müqavilə imzaladıqdan sonra onu "Dinamo"ya icarəyə verəcək. 16 yaşlı futbolçu gələn ilin yayında İspaniya klubuna qoşulacaq.

Qeyd edək ki, Cardoso Varela "Dinamo"nun U-19 komandasında çıxış edir. Gənc oyunçu həmçinin, Portuqaliya U-21 millisinin üzvüdür.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.