"Beşiktaş" gürcü futbolçunu transfer etmək istəyir

"Beşiktaş" gürcü futbolçunu transfer etmək istəyir

 
0

“Beşiktaş” transfer çalışmalarını davam etdirir.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qara qartallar” “Sent-Etyen”in vingeri Zuriko Davitaşvilini heyətinə qatmaq niyyətindədir. “Beşiktaş” gürcünü transfer etmək üçün 10 milyon avro ödəmək istəmir, onu ən yaxşı halda icarəyə götürməyi planlaşdırır.

Davitaşvili özü İstanbul təmsilçisinin formasını geyinmək istəyir və menecerini də bu barədə məlumatlandırıb.

Zurikonun “Sent-Etyen”lə müqavilə müddəti 20289-cu il iyunun 30-na qədərdir. O, “Dinamo”(Tbilisi), “Lokomotiv”(Tbilisi), “Rubin”, “Rotor”, “Arsenal”(Tula), “Bordo” klublarında oynayıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.