
"İmişli" futbolçularına ötən mövsümdən borclu qalıb - NARAZILIQ
0
Növbəti mövsüm Azərbaycan Premyer Liqasında çıxış edəcək "İmişli"də narazılıq var.
Sportal.az xəbər verir ki, bölgə klubu futbolçulara ötən mövsümdən borclu qalıb.
2024/25 mövsümündə Birinci Liqanı 2-ci yerdə başa vuran Aran təmsilçisinin üzvləri maaşlarının verilməməsindən şikayətçidir. Söhbət may ayının maaşından gedir. Halbuki, Birinci Liqada mövsüm iki aydır başa çatıb. Amma əcnəbi mütəxəssisə və futbolçulara ətək-ətək pul verərək gətirən rəhbərlik may ayının əmək haqqılarını ödəmək barədə düşünmür.
Futbolçuların maaşlarının ödənilməməsi ilə bağlı xəbəri klubdan dəqiqləşdirməyə çalışsaq da, zəngimizə cavab verən olmadı.(Fanat.az)