
"İnter" Fransa millisinin üzvünü transfer edir
0
İtaliyanın "İnter" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Milan təmsilçisi "Parma"da çıxış edən Anje-Yoan Bonninin keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"İnter" 21 yaşlı forvard üçün 22 milyon avro və bonuslar təklif edib. Klubların razılıq əldə etməyə yaxın olduğu bildirilir.
Qeyd edək ki, Anje-Yoan Bonni 2021-ci ilin yayından "Parma"da çıxış edir. Fransa U-21 millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.