
Maaşı azalacaq, "Barselona"da qalacaq
0
"Barselona" müqaviləsi gələn ilin yayında başa çatan Frenki de Yonqu komandada saxlamaq istəyir.
Sportal.az xəbər verir ki, İspaniya çempionu niderlandlı yarımmüdafiəçinin müqaviləsi uzatmağı planlaşdırır. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Klub de Yonqa yeni sözləşmə təklif edib. 28 yaşlı orta xətt oyunçusu qalmağa isti yanaşır. Yeni müqavilə ilə onun maaşı azalacaq.
Qeyd edək ki, "Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində La Liqada 2 matçda meydana çıxıb.