
Mahir Emreli "Kayzerslautern"də məşqə çıxdı - FOTO
0
Mahir Emreli Almaniyanın “Kayzerslautern”də ilk məşqinə çıxıb.
Sportal.az xəbər verir ki, “qırmızı şeytanlar” ötən mövsüm başa çatdıqdan sonra ilk dəfə dünən bir araya gəlib.
Mahirdən başqa kollektivə daha 4 transfer qoşulub.
Xatırladaq ki, Azərbaycan millisinin forvardı ikinci Bundesliqa klubu ilə 3 illik müqavilə imzalayıb.