"Qarabağ" Andradeni saxlamadı -    SON DƏQİQƏ

"Qarabağ" Andradeni saxlamadı - SON DƏQİQƏ

 
0

Patirk Andradenin "Qarabağ"dan ayrılmasına sayılı günlər qalıb.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatacaq legionerlə yollarını ayırmaq qərarı verib.

Rəsmilər kabo-verdeli yarımmüdafiəçi ilə danışaraq, ona bununla bağlı məlumat verib. Səbəb kimi baş məşqçi Qurban Qurbanovun bundan sonra nisbətən gənc oyunçulara üstünlük vermək istəməsi göstərilib.

Orta sahə oyunçusu 2023-cü il iyulun 15-də "Partizan"dan bura geri qayıdıb. Afrikalı daha öncə də 2 il "köhlən atlar"ın formasını geyinib.

Dönüşü heç də uğurlu alınmadı. Kabo-Verde yığmasının üzvü bu dəfə əsas heyətdə möhkəmlənə bilmədi.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.