Ukraynalı məşqçi Azərbaycan klubunda çalışacaq?    - özü açıqladı

Ukraynalı məşqçi Azərbaycan klubunda çalışacaq? - özü açıqladı

 
0

Qazaxıstan mətbuatı Azərbaycan və Qazaxıstan klublarının ukraynalı mütəxəssis Yuri Verniduba etdiyi təkliflər barədə məlumat yayıb.

Sportal.az “Sport-express.ua” portalına istinadən xəbər verir ki, hazırda işsiz olan 59 yaşlı məşqçi yayılan söz-söhbətlərə belə cavab verib:

"Mən heç bir təklif almamışam və bundan söhbət də gedə bilməz! Hazırda hərbi xidmətə tabe olduğum üçün Ukraynanı tərk edə bilmərəm”.

Qeyd edək ki, bir ara “Sabah”la danışıq aparmış ukraynalının son iş yeri “Krivabass” klubu olub.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.