
"Zirə"də ciddi itki - Konate gözləniləndən daha uzun müddətə sıradan çıxıb
0
"Zirə"nin Konfrans Liqasında "Hayduk"a qarşı oyununda ən yaxşılardan olan Konatenın birinci hissədə zədələnərək meydandan çıxması qəsəbə təmsilçisi üçün ciddi itki olmuşdu. Baş məşqçi Rəşad Sadıqov mətbuat konfransında Brahim Konatenin 2-3 həftəyə sıraya qayıdacağını ehtimal etmişdi.
Lakin Brahim gözləniləndən daha çox yaşıl meydanlardan kənar qalacaq. Klubun mətbuat xidmətindən sportal.az saytına verilən məlumata görə, onun zədəsi 6-7 həftə çəkəcək. Müxtəlif səbəblərdən çox itkiylə üzləşən "Zirə" səfər oyunu öncəsi çətin durumla üzləşib.
Qeyd edək ki, "Zirə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"la cavab oyunu avqustun 31-də baş tutacaq. Bakıdakı oyun 1:1 hesabı ilə bitib.