
"Sabah"ın rəqibi ispaniyalı müdafiəçi transfer etdi - RƏSMİ
0
Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Çelye" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Sloveniya təmsilçisi İspaniyanın "Rasinq Ferrol" klubu ilə müqaviləsi başa çatan David Kastronu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı ispaniyalı mərkəz müdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Sabah" "Çelye" ilə ilk oyunu iyulun 10-da Bakıda keçirəcək. Komandalar arasındakı cavab görüşü isə bir həftə sonra Sloveniyada baş tutacaq.